Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək.
Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, ATƏT sədri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
Görüşdə Rusiya-Avstriya münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan başqa, ATƏT məkanındakı münaqişələr, o cümlədən Daglıq Qarabag problemi və Ukrayna məsələsi də müzakirə mövzusu olacaq. (APA)