XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 17:46

Trampın ilk böyük mətbuat konfransı:"Putinlə yola gedib-getməyəcəyimizi bilmirəm" - Stenoqram (ixtisarla)

TT

 

Məlum olduğu kimi, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın yanvarın 11-də noyabr seçkilərindən sonra ilk böyük mətbuat konfransını keçirib.

Strateq.az mətbuat konfransının "The Washington Post"da getmiş stenoqramını ixtisarla Strateq.az-ın oxucularına da təqdim edir:

 

Mayk Pens (ABŞ-ın gələcək vitse-prezidenti):

Birləşmiş Ştatların 45-ci prezidentinin andiçmə mərasiminə 9 gün qalır. 

(Alqışlar)

Doqquz gündən sonra Birləşmiş Ştatların vitse-prezidenti qismində and içmək mənim üçün çox böyük şərəfdir, lakin mənim üçün daha böyük şərəf Amerikanı böyük edəcək yeni prezidentlə çiyin-çiyinə durmaq imkanıdır.

(Alqışlar)

Ümumiyyətlə, seçilmiş prezidentin liderlik keyfiyyətləri və seçki kampaniyasının gedişatında enerjisi təsirli idi. Lakin hakimiyyətin ötürülməsi dövrünün sədri kimi Amerika xalqını əmin edə bilərəm ki, onun enerji və bəsirəti, perspektivi görmək bacarığı bu keçid dövründə daha böyük ilham qaynağı idi.

… Mən çoxdan və həmişə azad, müstəqil mətbuatın tərəfdarıyam. Lakin azadlıq məsuliyyəti də ifadə edir. Bəzi xəbər orqanlarının yalan və əsassız məruzəni dərc etmək barədə məsuliyyətsiz qərarlarını KİV-lərin yalnız önrəyçiliyi və seçilmiş prezidenti və yeni administrasiyamızı nüfuzdan salmaq cəhdi kimin izah etmək olar və Amerika xalqı bundan artıq hədsiz dərəcədə yorulub.

(Alqışlar)

Lakin bu gün əsil yeniliklərə, gerçək faktlara, yeni prezidentimizin Amerika iqtisadiyyatının dirçəldilməsində artıq əldə etdiyi nailiyyətlərə və Amerikanı yenidən böyük edəcək komanda yığmağına qayıdaq. Və seçilmiş prezidentin Amerika xalqı üçün birinci dərəcəli əhəmiyyət kəsb edən suallar üzrə fikirlərini eşidəcəyik.

Beləliklə, dostum və Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmiş Donald Trampı sizə tədqim etmək şərəfinə sahibəm.

(Alqışlar)

 

Tramp: Çox sağ olun.

Bu mətbuat konfransları çox tanış şəraitdir, çünki onu, demək olar, hər gün keçirdiyimiz vəziyyətlər olub. Düşünürəm ki, ehtimal ki, ola bilsin, mətbuat konfransları sayəsində qalib gəlmişik və sizinlə görüşə şadam. Bunu aparmağı tərgitdik, çünki tam gerçək məlumatlar almadıq, lakin deməliyəm ki… deməliyəm ki, bu gün burada iştirak edən bir çox xəbər orqanlarına təşəkkür etməliyəm. Çünki onlar diqqəti dərc edilmiş – bəlkə, xüsusi xidmətlər tərəfindən? – sayıqlamaya yönəldib. Çox böyük ləkədir, çünki bu cür şeyləri heç vaxt yazmaq olmaz, heç vaxt özündə saxlamaq olmaz və əlbəttə, heç vaxt dərc etmək olmaz. 

Lakin əksər xəbər təşkilatlarına “sağ ol” demək istəyirəm – bəziləri uzun illər ərzində mənə çox yaxşı yanaşıb.. yəni bir neçəsi quraşdırılmış məlumatın əleyhinə qəti şəkildə çıxış edib.

… Deməli, bu zaldakı əksər adamları sadəcə tərifləmək istəyirəm. Mən xəbərlərə və bu cür hər şeyə böyük hörmət bəsləyirəm.

… Son iki həftə müddətində bizdə əla xəbərlər olub. Mən kifayət qədər fəal şəkildə hərəkət etmişəm, düşünürəm ki, demək olar, iqtisadi planda ölkənin rifahı naminə. Avtomobil şirkətlərinin əksəriyyəti ölkəyə köçməyi planlaşdırır. Bizdə başqa şirkətlər də var – ən yaxın bir-iki həftədə Orta Qərbdə binalar əldə edəcək şirkətlər haqa mühüm xəbərlər meydana çıxacaq.

Siz dünən "Fiat Chrysler"i gördünüz, ölkəmizdə başqa ölkəyə müqabil böyük, böyük bir zavod tikiləcək. "Ford" təzəcə bildirib ki, Meksikada bir milyard dollar dəyərində zavod inşası üzrə planı yığışdırıb və Miçiqana yığışmağa, orada sahibi olduğu zavodu olduqca əsaslı şəkildə genişləndirməyə hazırlaşır.

"Ford"un atdığı bu addımı çox yüksək qiymətləndirirəm. Buna görə "Fiat Chrysler"ə çox yüksək qiymət verirəm. Ümid edirəm ki, növbəti qurum "General Motors" olacaq və düşünürəm ki, belə də olacaq. Fikirləşirəm ki, onların ardınca bir çox adamlar gedəcək. Hesab edirəm ki, müəssisələrin çoxu qayıdacaq.

Biz əczaçılıq sənayemizi geri qaytarmalıyıq. Əcza sənayemiz fəlakətli durumdadır. O, sağa, sola dağılıb. Onlar bizim dərmanları tədarük edir, lakin böyük hesabla onu burada istehsal etmir. Həm də, bax, hələ bunu da etməliyik – əczaçılıq sənayesi üçün yeni tender prosedurları hazırlamalıyıq, çünki qaydaları kobud şəkildə pozur və cəzasız qalırlar. Əczaçılıq sənayesinin böyük lobbisi və xeyli lobbiçisi və çox böyük imkanları var – lakin dərman istehsalı üzrə tenderlərə, demək olar, qatılmır. Biz dünyada ən böyük dərman alıcısıyıq və buna baxmayaraq, ticarəti lazımi şəkildə aparmırıq, amma ticarət aparmağa hazırlaşırıq və müəyyən dövr ərzində milyardlarla dollara qənaət edəcəyik.

Və eyni addımı çoxlu digər sahələrdə də atmağa hazırlaşırıq. Aviasənaye məsələləri, F-35 üzrə general və admirallarla xeyli ünsiyyətdə oluram, bu haqda oxuyubsunuz. Və burada qrafikdən böyük şəkildə geriləmə və büdcədən xeyli milyardlarla dollar artıq xərc var. Bu, mənim xoşuma gəlmir. Admirallar da əladır, genarallar da səviyyəlidir. Onları çox yaxşı tanıyırıam. Və biz F-35 layihəsi və ola bilsin, F-18 layihəsi üzrə hansısa ciddi işlər görməyə hazırlaşırıq. Həm də bu xərcləri azaltmağa hazırlaşır və təyyarəni daha yaxşı etməyi planlaşdırırıq. Və hansısa rəqabət olacaq və bu, əla olacaq.

Belə ki, bununla və başqa hər şeylə ciddi məşğuluq…

Suallara keçək? Bəli, Con?

Sual: Təşəkkür edirəm. Cümə günü kəşfiyyat xidmətləri rəhbərləri ilə iştirak etdiyiniz brifinqin bir neçə aspekti var və bu haqda əlavə dəqiqləşdirmələr eşitmək istəyərdik.

Tramp: Bəli, əlbəttə.

Sual: Hər şeydən əvvəl, xüsusi xidmət rəhbərləri bu əsaslandırılmamış iddiaların şərhi ilə ikisəhifəlik xülasəni sizə təqdim ediblərmi? Və ikincisi, Vladimir Putinin Demokratik Partiyanın Milli Komitəsinin serverlərini sındırmaq üçün əmr verdiyi haqda onların fikri ilə razısınızmı? Və belədirsə, bu, sizin ABŞ-a qarşı casusluq fəaliyyəti həyata keçirməkdə ittiham edilən liderlə münasibətlər qurmaq səylərinizdə necə əks olunacaq?

Tramp: Birincisi, bildiyiniz kimi, bu məlumatlar konfidensial, məxfidir. Ona görə də mənə bu toplantı vaxtı nə baş verdiyi haqda danışmaq olmaz. Lakin bu görüşdə çoxlu şahidlərimiz olub, əksəriyyəti bizimlədir. Və təkrar edirəm, məlumatın bayıra çıxmasını rüsvayçılıq sayıram. Mən bu məlumatı təkcə bu toplantıda görüb oxumamışam. Hamısı saxtadır. Yalandır. Bu cür heç nə olmayıb. Və bildiyiniz kimi, bu məlumat düşmənlərimiz tərəfindən alınıb ki, bu haqda məlumat verəsiniz. – digər xeyli adamlar kimi.

Bax, budur, sizə deyirəm ki, bu toplantının gedişində deyil, ondan kənarda kimsə bu məlumatı dərc edib. Bunu etmək olmazdı – birincisi, bu məlumatı ümumiyyətlə kağızda ifadə etmək olmazdı. Həm də heç bir halda onu dərc etmək olmazdı. Lakin dərc ediləni oxumuşam və hesab edirəm ki, bu, biabırçılıqdır. Düşünürəm ki, tam rüsvayçılıqdır.

Haker hücumlarına gəlincə, düşünürəm ki, bu, Rusiya olub. Amma hesab edirəm ki, başqa ölkələr və başqa hakerlər də bizə hücum ediblər. Və deyə bilərəm ki, biz hakerlərin bu yaxında oğurladığı 22 milyon adamın adını və başqa xeyli şeyi itirəndə heç kim buna görə xüsusi hay-küy salmadı. Bu, nəsə qəribə idi. Ehtimal ki, bu, Çin idi.

… Hələ bunu deməliyəm ki, Demokratik Partiyanın Milli Komitəsi hakerlər üçün tamamilə açıq idi. Bu iş onlarda çox pis qurulub. Onlar bizim etdiyimiz kimi sındırmaya qarşı müdafiə təmin edə bilərdilər.

(zalda replikalar)

Sual: Bütün bunlar prezident Putinlə münasibətlətri qaydaya salmaq cəhdlərinizə necə təsir edə bilərdi?

Tramp: Siz bilirsiniz, prezident Putin və Rusiya bu gün bəyanatla çıxış edib ki, bu yalan məlumat həqiqətən saxtadır. Deyilib ki, bu, heç vaxt olmayıb. İndi kimsə deyəcək: “Hə də, əlbəttə, o, belə də danışacaq”.

Onun bunu deməyinə hörmətlə yanaşıram.

Və mən… Düzünü deyəcəyəm, düşünürəm ki, onlarda həqiqətən nəsə olsaydı, bunu məmnuniyyətlə dərc edərdilər.

Düzünü desək, düşünürəm ki, onlar Respublikaçılar Partiyasının Milli Komitəsinin serverlərinə nüfuz etsəydilər, Hillar haqda məlumatları dərc etdikləri kimi bunu da dərc edərdilər. 

…Lakin unutmayın ki, biz hakerlikdən danışırıq, hakerlik isə pisdir və bunu etmək olmaz. Amma nəyi sındırdıqları və sındırma nəticəsində nəyi əldə etdiklərinə baxın. Hillari Klintonun debatlar üçün sualları əvvəlcədən aldığı və bu haqda məlumat vermədiyinə? Bu dəhşətdir. Bu dəhşətdir.

Təsəvvür edin ki, Donlad Tramp debata sualları əvvəlcədən əldə etsəydi, bu, ən böyük qalmaqal olardı. Və dərhal deyərdilər: “Siz yraışdan çıxmalısınız”. Lakin bu barədə heç kim hətta danışmayıb da. Bu, çox qəribə məsələdir…

Sual: Sağ olun, cənab seçilmiş prezident. Kəşfiyyatın bu məlumatında, xülasəsinin ikinci hissəsində deyilir ki, Vladimir Putin seçkilərdə sizə yardıma cəhd etdiyi üçün əmr verib. Sənədin bu hissəsi ilə razısınızmı? Prezident Obamanın rusları cəzalandırmaq üçün etdiklərini ləğv edəcəksinizmi, yaxud hər şeyi olduğu kimi saxlayacaqsınız?

Tramp: Əgər Putinin Donald Trampdan xoşu gəlirsə, hesab edirəm ki, bu, heç bir öhdəliyi ifadə etmir. Bu, bizim ziyanımıza deyil, xeyrimizədir, çünki Rusiya ilə münasibətlərimiz dəhşətlidir. Rusiya ABŞ-a İŞİD-lə mübarizədə yardım edə bilər ki, yeri gəlmişkən, bu, hazırda əsas problemdir. Nəzərdə tuturam ki, bu administrasiya ən namünasib məqamda oradan getməklə İŞİD-i yaradıb. Boşluq əmələ gəlib və İŞİD formalaşıb. Putinin Donald Trampdan xoşu gəlirsə, bilirsiniz, bu nəyi ifadə edir? Bu, minus deyil, plyusdur.

İndi Vladimir Putinlə yola gedib-getməyəcəyimizi bilmirəm. Ümid edirəm ki, bəli. Lakin müyyən ehtimal var ki, yola getməyəcəyik. Və əgər yola getməsək, ciddi sayırsınız ki, Hillari Putinə münasibətdə məndən daha sərt  mövqe tuta bilərdi? Bu zalda kimsə buna doğrudan inanır? Eybi yox, lazım deyil.

Bəli?

(zalda replikalar)

Sual: Prezident Obama…

(Zalda replikalar)

Sual: Moskvada və yaxud Sankt-peterburqda olarkən elə bir hərəkətiniz olubmu ki, indi təəssüflənirsiniz və ağıllı…

(zalda replikalar)

Sual: Demək mümkündür ki, Rusiya və onun xüsusi xidmətləri tərəfindən potensilaca dişbatansınız?

Tramp: Bax, sizə bunu deyəcəyəm. Mən ölkədən gedərkən… mən isə kifayət qədər məşhur adamam, elə deyil? Son dərəcə ehtiyatlıyam. Məni mühafizəçilər əhatə edir. Məni başqa adamlar əhatə edir. Onlara həmişə deyirəm – istəniən yerdə – amma onlara həmişə deyirəm ki, mən ölkədən gedərkən “lütfən çox ehtiyatlı olun, çünki harada olursunuz- olun, bizim mehmanxana nömrələrimizdə kameralar olacaq”. Mən konkret Rusiyadan danışmıram, lakin, əlbəttə, onu bu kateqoriyaya aid edirəm. Və başlıcası, “ümidvaram ki, istənilən halda gərəkəni edəcəksiniz. Lakin həmin nömrələrdə kameralar ən gözlənilməz yerlərdə olacaq. Siz müasir texnolgiyalar sayəsində olduqca balaca kameraları hətta görmürsünüz də və bilməyəcəksiniz ki, oradadır. Ən yaxşısı, ehtiyatlı olun, əks halda özünüzü televizorda gecə verilişlərində görəcəksiniz”.

Bunu adamlara həmişə deyirəm.

Mən bir neçə il əvvəl Rusiyada Moskvada və Moskva vilayətində olduqca uğurlu keçmiş “Miss Kainat” müsabiqəsində olmuşam. Və çox adama demişəm: “Ehtiyatlı olun, axı özünüzü televizorda görmək istəmirsiniz. Kameralar hər yerdədir”.

Və təkrar edirəm, təkcə Rusiyada deyil, hər yerdə. Və nədir, doğrudanmı, kimsə bu əhvalata inanır?

Yeri gəlmişkən, bundan savayı, mikroblardan çox qorxuram, inanın mənə.

(Gülüş)

(zalda replikalar)

Sual: .. Öz binesinizdən hansı formada aralanmağa hazırlaşırsınız? Amma əvvəlcə ruslar tərəfdən bu iradların bəziləri haqda ətraflı bilmək istərdik. Bu gün burada səslənmiş bəyanatlarınızdan çıxış edilsə, hesab edirsinizmi ki, sındırılma bəraət alır? Rusiyanın sizə maliyyə və yaxud hansısa digər təsir rıçaqları varmı? Və yoxdursa, bunu isbatlamaq üçün vergi bəyannamənizi dərc edəcəksinizmi?

Tramp: Mən Twitter-də yazmışam ki, Rusiya ilə heç bir sazişim olmayıb və yoxdur, Rusiyada heç bir saziş bağlamamışam və Rusiyada potensial heç bir saziş planlaşdırmıram, çünki biz uzaq durmuşuq. Həm də Rusiyadan heç bir borc almamışam. Bir inşaaatçı kimi, ümumiyyətlə, borcum çox azdır. Mənim aktivlərim var… və adamlar indi bilirlər ki, şirkətim nə qədər böyükdür.

…İndi bir şeyi deməliyəm. İstirahət günlərində Dubayda Yaxın Şərqdən çox, olduqca görkəmli adamla, əla developer (ing. “inşaatçı”- tərc.), dostum və əla oğlan Hüseyn Damakla saziş bağlamaq üçün mənə 2 milyard dollar təklif ediblər. Və mənə iki milyard dollar təklif ediblər ki, Dubayla saziş bağlayım – bir sıra sazişlər və mən imtina etdim.

Sual: (anlaşılmır) Hesab edirsinizmi ki, hakerliyə haqq qazandırmaq olar? Və Rusiya ilə sazişinizin olmadığını sübut etmək üçün vergi bəyannamənizi dərc edəcəksinizmi?

Tramp: Vergi bəyannaməsini dərc etməyəcəyəm, çünki bildiyiniz kimi, hazırda yoxlamadadır.

Sual: … 70-ci illərdən başlayaraq Fedearl vergi idarəsində məcburi auidt haqda qayda qüvvədədir, bundan sonra onu dərc edirlər, lakin, ser, siz bir prezident kimi…

Tramp: Bilirsiniz, vergi bəynnaməmin narahat etdiyi yeganə adam siz jurnalistlərsiniz. Bu haqda ancaq onlar soruşurlar.

Sual: Düşünürsünüz ki, bu, Amerika ictimaiyyətini maraqlandırmır?

Tramp: Xeyr, mən bu cür hesab etmirəm. Mən qalib gəldim, prezident oldum. Ancaq düşünmürəm ki, bu, onları narahat edir. Fikirləşirəm ki, bu, onları ümumiyyətlə narahat etmir.

(Alqışlar)

Tramp: Düşünürəm ki, bu sizi maraqlandırır… Hər şeydən əvvəl, siz vergi bəyannaməsindən az şey öyrənəcəksiniz… Və nə edəcəyəm – hazırda burada iştirak edən iki oğlum – Don və Erik şirkətə rəhbərlik edəcəklər. Onu yetərincə peşəkarcasına idarə edəcəklər. Bunu mənimlə müzakirə etməyəcəklər. Yenə də bunu etməyə borclu deyiləm.

…Ən yaxşı adamları hökumətə gətirmək istəyirəm, çünki çox geriləmişik. Daha əlverişli sazişlər bağlamırıq. Çıxışlarım zamanı bu haqda həmişə danışıram. Biz pis sazişlər bağlayırıq. Ticarət münasibətlərimiz fəlakətdir. Hər il yüz milyardlarla dollarlıq itkiyə məruz qalırıq – Çinlə ticarətdən yüz milyardlarla dollar, Yaponiya, Meksika ilə və praktik olaraq bütün ölkələrlə ticarətdən disbalansa məruz qalırıq. Biz artıq normal sazişlər bağlamırıq.

Sual: Sağ olun, cənab seçilmiş prezident. Səhiyyə islahatı və müştərilərinm müdafiəsi haqda bir neçə sual vermək istərdim.

Tramp: Nəhayət, “Obamaker”. Mənsə düşünürdüm ki, bu barədə heç vaxt soruşmayacaqlar. Siz olduqca fəxr edəcəksiniz – həm də təkcə KİV və jurnalist kimi deyil. Bizim səhiyyədə təklif edəcəklərimizlə çox fəxr edəcəksiniz. Qüvvədəki qanun isə tam fəlakətdir… Bizim səhiyyə sistemi ucuz və daha yaxşı olacaq.

Sual: Cənab seçilmiş prezident, sualım ali məhkəmə və sərhəd təhlükəsizliyi haqdadır. Lakin bu gün səhər Twitter-də yazdığınız haqda da soruşmaq istərdim. Biz nasist Almaniyasında yaşayırıq? Nəyi nəzərdə tutursunuz? Kəşfiyyat cəmiyyəti ilə probleminiz var?

Tramp: Hasar haqqında. Bu, hasar deyil, divardır. Sadəcə, onun adını düz demirsiniz. Biz divar tikəcəyik. İşə başlayandan dərhal sonra Meksika ilə başlanacaq danışıqlarımız qurtarınca bir il, ilyarım gözləyə bilərəm, amma gözləmək istəmirəm. Mayk Pens işə rəhbərlik edir və divar inşasına qəti icazə almalıdır. Mən bir il, ilyarım gözləmək istəmirəm. İnşaatı başlamağa hazırlaşırıq. Meksika bu və ya digər formada məsrəflərimizi ödəyəcək və divarın dəyərinin yerini dolduracaq.

Belə ki, yadda saxlayın, yaxşı? Mən deyərdim ki, divar tikməyə hazırlaşırıq və adamlar dəli olacaqlar. O vaxt deyərdim ki, bəs bu divarın pulunu kim ödəyəcək? Və adamlar qışıqrardılar – 25-30 min nəfərin hamısı. Çünki heç kim heç vaxt Tramp kimi bu qədər kütlə toplamayıb. Siz bunu bilirsiniz. Bu haqda yazmağı xoşlamırsınız, amma bu normaldır…

Lakin soruşuram, “bu divarın pulunu kim ödəyəcək?” Və onlar qışqırırlar: “Meksika”.

İndi keçən həftə məlumat yayılıb – oy, Meksika kompensasiya üzündən divara pul ödəməyə hazırlaşmır. Amma nə fərqi var? Mən divarın inşasına başlamaq istəyirəm. Meksika ilə sazişimi bağlayana qədər bir il, ilyarım gözləmək istəmirəm.

Və yeri gəlmişkən, Meksika yaxşı olduğu kimi də yaxşıdır. Mən Meksika hökumətinə hörmət edirəm. Meksika xalqına hörmət edirəm. Mənim yanımda Meksikadan çox adam işləyir. Fenomenal xalqdır. Meksika hökuməti məftunedicidir. Baş vermişlərə görə onları qınamıram. ABŞ-dan istifadə etdiklərinə görə onları ittiham etmirəm. Bizim siyasətçilər də bu cür ağıllı olsaydılar. Meksika ABŞ-dan öz maraqları üçün istifadə edir. Mən Meksikanın prezidentlərini və müxtəlif təmsilçilərini və digər meksikalıları qınamıram. Mən ancaq deyirəm ki, biz buna yol verməməliydik. Və bu, daha olmayacaq.

Sual: Twitter-də nasist Almaniyasında yaşadığımız haqda səhər etdiyiniz qeyddə nədən danışırsınız? Bununla Amerika xalqına nə demək istəyirsiniz?

Tramp: Biabırçılıq sayıram ki, xüsusi xidmətlər bu qədər yalan və saxta çıxmış məlumatın sızmasına yol verib. Düşünürəm ki, bu, rüsvayçılıqdır və deyirəm ki … və deyirəm ki, bunu nasist Almaniyası edə bilərdi və etmişdi. Rüsvayçılıq sayıram ki, heç vaxt olmamış yalan və saxta məlumat ictimaiyyətin malı olub. Bu haqda yazmış zavallı zibil yeşiyi BuzzFeed-ə (ABŞ nəşri-tərc.) gəlincə, hesab edirəm ki, nəticələrini öz üzərində hiss edəcək və buna görə cavab verəcək. Nəticələr artıq gəlir. Çünki CNN əlindən gələni edir ki, bütün bunları fırlasın…

Sual: Madam artıq bizə hücum edirsiniz, bizə sual verə bilərsinizmi? Cənab seçilmiş prezident…

Tramp: Sonra.

Sual: Cənab seçilmiş prezident, bizə hücum etdiyinizdən bizim xəbərlər şirkəti…

Tramp: Yox, sizə yox.

Sual: Bəlkə, bizə şans verəsiniz?

Tramp: Sizin şirkət dəhşətdir.

Sual: Siz bizim xəbərlər şirkətinə hücum edirsiniz, bəlkə, bizə şans verəsiniz, sual vermək olar, ser? Ser, siz…

Tramp: Susun.

Sual: Cənab seçilmiş prezident, deyə bilərsiniz…

Tramp: O, sual verir. Kobudluq etməyin. Kobudluq etməyin.

Sual: Bir halda bizə hücum edirsiniz, bizə sual verə bilərsiniz?

Tramp: Özünüzü nəzakətli aparın. Xeyr, sizə sual verməyəcəyəm. Heç bir sual.

Sual: Deyə bilərsinizmi…

Tramp: Siz yalan danışırsınız, xəbərləriniz saxtadır. Sonra.

Sual: Ser, qəti şəkildə bildirə bilərsiniz ki, heç kim … yox, cənab seçilmiş prezident, bu cür olmaz.

Tramp: Sonra.

(Alqışlar)

Sual: Hesab edirsinizmi ki, prezident Obama haker hücumlarından sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla çox dərinə gedib?

Tramp: Xeyr, düşünmürəm ki, çox dərinə gedib. Xeyr.

Sual: Siz onu ləğv edəcəksiniz? Lindsi Qremin sizə qanun layihəsi göndərmək niyyəti haqda nə düşünürsünüz…

Tramp: Mənə qanun layihəsi göndərmək niyyəti barədə – nə haqda?

Sual: Yeni sanksiyalar barədə.

Tramp: Eşitməmişəm ki, Lindsi Qrem bunu etməyə hazırlaşır. Onunla uzun müddət rəqabət aparmışıq. Və o nə zamansa bu 1%-lik baryeri aşacaq. Mən anlamamışam ki, Lindsi Qrem hələ də bununla məşğul olur. Hər şey normaldır. Düşünürəm ki, Lindsi Qrem yaxşı oğlandır…

Belə, sonra, sonra. Bax, siz çoxdan gözləyirsiniz.

Sual: Başa düşdüyümüz qədər, kəşfiyyat cəmiyyəti…

Tramp: Ayağa durun.

Sual: Mən BBC news-danam. BBC news-dan İen Pennel.

Tramp: BBC news. Budur, yenə “gözəl oğlanlar”.

Sual: Sağ olun. Təşəkkür edirəm. Başa düşdüyümüz qədər, kəşfiyyat cəmiyyəti əvvəlki kimi bu əsaslandırılmamış bəyanatları, sizin dediyiniz kimi, bu yalan məlumatları nəzərdən keçirir. Onlar bir də gəlsə və bu qənaətlərdə nəyinsə həqiqətə bənzər nəticələrini sizə təqdim etsələr, öz mövqeyinizi təhlil edəcəksiniz?

Tramp: Onların qayıtmaq üçün heç nəyi yoxdur.

Sual: Deyə bilərsinizmi…

Tramp: Sonra.

Sual: Mən sadəcə ABŞ kəşfiyyat cəmiyyəti haqda sualı dəqiqləşdirmək istəyirəm. Və barəsində danışdıqlarınızı anlamaq çox aydındır. ABŞ xüsusi xidmətlərindəki məmurlarınıza inanırsınızmı? Sizin, əslində, bu cəmiyyətlə söz savaşı aparmaqla milli təhlükəsizliyi zəiflətdiyinizdən danışan xarici siyasət ekspertlərinə nə deyərsiniz?

Tramp: Xüsusi xidmətlər həyati önəmlidir və son dərəcə əhəmiyyətlidir. Sizə məlum olduğu kimi, bu xüsusi xidmətlərdə cənab Pompeo və başqalarını – siz senator Den Koutsu tanıyırsınız – işə qoşmaq istəyirik. Bəzi görkəmli adamları təyin etməyi planlaşdırırıq. Və onlar üç aydan sonra yanıma gəlib haker hücumları haqda miqyaslı məruzə təqdim etməyə hazırlaşırlar…

 

Tərcümə Strateq.az-ındır.