XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 13:08

Həbsdə olan “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin şikayəti təmin edilmədi

faiq-emirli-1

Bakı Apellyasiya Məhkəməsindəhakim Faiq Qasımovun sədrliyi ilə "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin apellyasiya şikayətinə baxılıb.

Vəkil Aqil Layıcovun Amerikanın Səsinə verdiyi məlumata görə məhkəmə onun şikayəti təmin etməyib.

Apellyasiya şikayətində həbs müddətinin uzadılmasının qanunsuz olduğu, həmin qərarın ləğvi, F.Əmirlinin məhkəməyə qədər azadlığa buraxılması istənilirdi.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülən tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.