“Sağ sektor” Ukrayna ordusuna tabe olmaqdan imtina etdi
Ukraynanın “Sağ sektor” hərbi qruplaşması döyüş mövqelərini tərk etməkdən imtina edib.
Təşkilat öz lideri Dimitri Yaşindən başqasına tabe olmayacağını bildirib. Bu haqda jurnalistlərə təşkilatın mətbuat katibi Artyom Skoropadski məlumat verib.
Xatırladaq ki, “Sağ sektor”a özünü buraxmaq, Ukrayna ordusu və Milli Qvardiyanın tabeliyinə keçmək təklif edilmişdi.
Skoropadski bu təklifi “gülməli” adlandırıb. Onun sözlərinə görə buna ehtiyac yoxdur. “Sağ sektor” onsuz da hərbi planlarını Ukrayna ordusu və Milli Qvardiya ilə razılaşdırır.
Bir müddət əvvəl Ukrayna hərbi rəhbərliyinin “Sağ sektor”a hərbi zonadan çıxması və Mariupolu tərk etməsi barədə əmr verilməsi məlumatı yayılmışdı. “Sağ sektor” üzvləri imtina edərək deyiblər ki, heç bir “satılmış” əmrə tabe olmayacaqlar.