XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 11:28

Suriya ilə bağlı Astana sammitinə 3 kürd lideri dəvət olundu –Moskva və Ankara razılaşıb

irak-iran-suriye-turkiye

Rusiya, İran və Türkiyə arasında Suriyaya dair Astanada keçiriləcək danışıqlarda iştirak etmək üçün üç kürd lideri də rəsmən dəvət edilib.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, əsasən kürd mənbələrindən gələn xəbərlərə görə kürd nümayəndələr bu danışıqlara Rusiya tərəfindən, lakin Türkiyə ilə məsləhət əsasında dəvət edib.

Ankara Kürd Milli Şurasının sədri İbrahim Bironun, Suriya Milli Şurası prezidentinin müavini Abdulhakim Bəşərin və müşavir Dərveş Mirkanın çoxtərəfli danışqılarda iştirakına etiraz etməyib. Kürdlərin “Rudav” saytı yazır ki, Ankara bu görüşdə Kürd Demokratik İttifaq Partiyasının (PYD) və onun silahlı qanadı Xalq Müdafiə Birliklərinin (YPG) iştirakına etiraz bildirib və Moskva hələlik bu barədə susmağa üstünlük verib.

Türkiyə PYD-ni PKK-nın Suriyadakı qolu hesab edir. Lakin ABŞ və Rusiya Suriya kürdləri barəsində fərqli mövqe tuturlar.

Ötən həftə Dövlət Departamentinin sözçüsü Mark Toner demişdi ki, YPG Suriyada real və mövcud qüvvədir və onun Suriyadakı vəziyyətin çözülməsi prosesində səsi eşidilməlidir.

Türkiyənin xarici işlər naziri Mövludt Cavuşoğlu isə bu bəyanatla bağlı ironiya ilə deyib ki, “qoy onda ABŞ danışıqlara terrorçu İŞİD-i də dəvət etsin”. Bununla belə, PYD-nin danışqılarda iştirak etməməsini Suriya müxalifətinin lideri Mahmud Əfəndi də tənqid edib.

“Təəssüf ki, PYD-nin iştirakına Türkiyə mane olub. PYD-nin atəşkəs sazişinə daxil edilməsinə qarşı da Türkiyə çıxıb. Təəssüf ki, bütün bunlar maneə yaradır. PYD və başqa silahlı qruplar danışıqlarda iştirak etməlidir” – deyə Əfəndi vurğulayıb. Bu arada xəbər verilir ki, Suriya hökuməti ilə Suriya kürdləri arasında kürd muxtariyyətinin yaradılmasına dair danışıqlarda Rusiya vasitəçilik edir.

Rusiya "kürd məsələsini" Hmeymimdə həll edir

Sputnik saytının yazdığına görə Rusiya Suriyada “kürd federasiyanın” yaradılmasına dair danışqıların qarantıdır.

Bu barədə məlumatı Sputnikə kürd siyasətçisi Ferid Sedun verib: “Rusiyanın vasitəçiliyi ilə mən və başqa iki müstəqil kürd siyasətçi Dəməşqdə Suriya hökuməti ilə görüşmüşük. Biz Suriyada federal sistemin yaradılması məsələsini müzakirə etmişik” – deyə Sedun vurğulayıb.

Ferid Sedunun məlumatına görə bundan əvvəl PYD ilə Suriya rəsmilərinin görüşü Hmeymim hərbi hava bazasında olub.

Ötən ilin dekabrında 24 kürd təşkilatının və Rusiya nümayəndələrinin iştirakılə Hmeymim bazasında keçirilən danışıqlarda PYD də vardı və həmin görüşdə məhz Astana sammitinə hazırlıqdan söhbət gedirdi.

Suriya kürdlərinin daha bir portalında verilmiş xəbərdə deyilir ki, bu həftənin əvvəlində yüzlərlə kürd Suriyanın şimalındakı Qamışlı şəhərinin küçələrinə çıxaraq PYD-nin qarşıdan gələn Astana görüşündən kənarlaşdırılmasına etiraz edib.

Bu barədə məlumatı kürdlərin Fransadakı nümayəndəsi Xalid İssa verib. O deyib ki, PYD-nin Astana görüşünə dəvət edilməməsi Türkiyə hökumətinin güclü pressinqi nəticəsində baş verib.