XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 13:12

Mərkəzi Kəşfiyyat İdarəsinin 1983-cü ildə Heydər Əliyev haqqında hazırladığı –məxfi MƏRUZƏ

heyder mki

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi internetə məxfilikdən çıxarılmış təxminən milyon ədəd sənəd yerləşdirib. Həmin sənədlərlə ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində o vaxtkı sovet Azərbaycanının siyasi və iqtisadi həyatına dair də məxfi sənədlər var.

MKİ-nin sənədlərindən biri (CİA RDP84T00926R000100100006-7 nömrəli) 1983-cü ilin oktyabr ayında qeydə alınıb. Həmin sənəd ondan bir il əvvəl SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş Heydər Əliyev haqqında məruzədir. Maraqlıdır ki, MKİ-nin "Heydər Əliyev: SSRİ Nazirlər Sovetində onun yeni rolu" adlı 20 səhifəlik məruzəsi 2011-ci ildə məxfilikdən çıxarılsa da yalnız indi-cəmi bir neçə saat qabaq ictimailəşdirilib. (virtualaz.org)

Məruzədə deyilir ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetində təyinata qədər Azərbaycan SSR-in Dövlət Təhlükəsizliyi Komitəsinə və bu respublikanın Kommunist Partiyasına başçılıq edib. Andropov Sov.İKP MK-nın baş katibi olandan sonra Heydər Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə start verərək onun siyasətini davam etdirməyə başlayıb.

MKİ-ə göndərilmiş sənəddə deyilir ki, H.Əliyevin idarəçiliyi illərində Azərbaycanda iqtisadiyyat artmağa başlayıb və bir çox sahələrdə inkişaf müşahidə olunub. Bunun səbəbi kimi isə Heydər Əliyevin korrupsiyaya qarşı mübarizəsi göstərilib.

Heydər Əliyevin Azərbaycanda müvəffəqiyyətli fəaliyyəti ona gətirib çıxarıb ki, Andropov onun idarəçilik qabiliyyətini nəzərə alıb və bu da nəticə etibarı ilə Moskvaya – SSRİ Nazirlər Sovetinə vəzifəyə sürətli keçidini şərtləndirib.

Daha sonra məruzədə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR-in iqtisadiyyatında aparılmış islahatlar və Azərbaycan SSR-in iqtisadiyyatının əksər sektorlarının inkişafının ətraflı analizi verilir. Məruzəyə həmçinin Heydər Əliyevin tərcümeyi-halından faktlar və fotoşəkilləri ilə birlikdə şəxsi işi əlavə edilib.

MKİ-nin məruzəsində sovet Azərbaycanı və onun rəhbəri Heydər ƏIiyev haqqında əksər faktlar hazırda hamıya məlumdur və az adamda xüsusi maraq doğurar. Lakin nəzərə almaq lazımdır ki, MKİ üçün bu məruzə, çox güman ki, Moskvadakı ABŞ səfirliyində çalışan MKİ əməkdaşları tərəfindən Vaşinqtona 1983-cü ildə göndərilib. SSRİ qapalı ölkə idi və sovet məmurları, həmçinin əyalətlərdəki vəziyyət barədə bu qədər ətraflı, hərtərəfli məlumat amerikalı agent-analitiklərin yüksək peşəkarlığından xəbər verir.