XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2017 - 17:35

Dövlət katibi:"Britaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək"

"Böyük Britaniya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş bütün səylərinə yardım etməyə davam edəcək".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər və əməkdaşlıq üzrə dövlət katibi Boris Consonun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar göndərdiyi məktubda deyilir.