XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 13:27

Marin Le Pen:“Avropa Birliyi ölüb, amma hələ bundan xəbəri yoxdur”

M

Fransa “Milli Cəbhəsi” lideri Marin Le Pen hesab edir ki, AB yaşam qabiliyyətini itirib, Fransa isə Brüsseldən bir sıra güzəştlər almasa, birliyi tərk etməlidir.

Strateq.az xəbər verir ki, prezidentliyə namizədn bu barədə bu gün Almaniyanın “Bild am zontag” nəşrinə müsahibəsində deyib: “Avropa Birliyi ölüdür, amma hələ bundan xəbəri yoxdur. O, bütün yönlərdə iflasa uğrayıb: iqtisadiyyatca (artım çox ləng gedir), sosial baxımdan (yoxsulluq artır, işsizlik isə həddindən artıq yüksək səviyyədədir), təhlükəsizlik üzrə (AB öz sərhədlərini qorumaq iqtidarında deyil, bizi islamçı terrordan qoruya bilmir)”.

Onun sözlərinə görə, “eksperiment bu cür acınacaqlı şəkildə tənəzzülə gedirsə, onun axırıdır”.