XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 23:06

Bayılda gəmi təmiri zavodu və “Baksovet” metrosu MKİ-nin məxfi raportlarında:ABŞ agentləri Azərbaycanda nəyi axtarıb? - SƏNƏDLƏR

sia baku neft 02

 

Xəbər verdiyimiz kimi Amerika Mərkəzi Kəşfiyyat İdarəsi 50 illik bir dövrdə toplanmış informasiyalar üzərindən “məxfi” qrifini götürərək onları ictimaiyyət üçün açıqlayıb.

Bu məlumatların içində Azərbaycanla da bağlı xeyli sənədlər var.

Strateq.az bildirir ki, 1955-86-cı illəri əhatə edən kəşfiyyat məlumatlarda Azərbaycanın o dövrdəki  siyasi-iqtisadi həyatına dair informasiyalar yer alır. MKİ agentləri tərəfindən ötürülən bu informasiyalarda  SSRİ-nin bu strateji məkanı haqqında ətraflı və detallı bilgilər verilib.  ABŞ Kəşfiyyatı əsasən Bakının neft zavodları, SSRİ-nin burda olan hərbi hissələri və Xəzər dənizində mövcud olan hərbi obyektlər barədə məlumat toplayıb. Bununla yanaşı Azərbaycan SSRİ-nin ictimai həyatı da ciddi şəkildə izlənilib.

Bu sənədlərin içində diqqətçəkən bir sənəd 1959-cu ilə aiddir. Burada Bakıda yerlşən neft emalı zavoduna və Vano Stura adına gəmi təmiri zavoduna dair kəşfiyyat məlumatları qeyd olunub.  Təyyarədən çəkilmiş fotoda Bayıl buxtası və orada dayanmış gəmilər əks edilib. Eyni zamanda neft emalı zavodunun xəritəsi göstərilir. Hazırda bu yerdə üzgüçülük mərkəzi yerləşir. 

 

sia baku gemi02

 

sia baku net zavodu

 

sia baku gemi03

Sənədlərdə diqqəti çəkən digər məqam Bakı şəhərinin əsas küçələrinin yerləşdiyi məkan barədə detallı qeydlərdir. 22 may 1959-cu ilə aid raportda Bakı şəhərinin əsas küçəsi sayılan Kommunist (indiki İstiqlaliyyət ) küçəsinin planı tərtib olunub.  Detallı şəkildə tərtib olunan bu raportda küçə boyu yerlşmiş bütün obyektlərin adları göstərilir və müvafiq xəritədə əks olunur.

SIA Baki istiqlal kuce01

 

SIA Baki istiqlal02

SIA Baki istiqlal03

 

X.SƏFƏROĞLU