XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 11:30

Tanınmış jurnalist Çingiz Sultansoy Almaniyadan sığınacaq alıb

cingiz

Azərbaycanın tanınmış jurnalisti Çingiz Sultansoy Azərbaycandan köçüb.

 O, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Məlumata görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına  – "kamp”a yerləşib.

Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib. 90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub. ( Bakipost.az) 

Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir. Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub. 2004 və 2009-cu illərdə «Media açarı» mükafatına layiq görülüb.

Qeyd edək ki, son günlərdə bir neçə jurnalist ölkəni tərk edib. Dünən "Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyevin də Azərbaycandan getdiyi barədə məlumat yayılıb.