XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 11:35

Qarabağa səfər edən bloqer prezident İlham Əliyevdən bağışlanmasını xahiş edib

lapisin

Bakının tələbiylə Minskdə saxlanılan bloqqer Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyevə bağışlanmasına dair məktub göndərib. Rusiyanın «RIA-Novosti» informasiya agentliyi xəbəri İsrailin Belarusda konsulu Yulya Raçinski-Spivakova istinadən yayıb.

Konsul məktubu notarial qaydada təsdiqləyərək Azərbaycan Prezidentinin Administrasiyasına göndərdiyini bildirir. O, A.Lapşinin Azərbaycanda 8 il azadlıqdan məhrum edilə biləcəyini söyləyib.

Diplomat bildirib ki, İsrail vətəndaşı olan və orada yaşayan A.Lapşinin anası da oğlunun bağışlanması üçün İsrail Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan prezidentinə məktub ünvanlayıb: «Rəsmi mövqe olaraq, İsrail bloqqerin ekstradisiyasının əleyhinədir. Hesab edirik ki, o azad edilməlidir», – deyə konsul bildirib.

Bloqqerin Bakıdan üzr istəməsini İsrail təklif etmiş, beləliklə onun azadlığa buraxılmasını istəmişdi.

Həm İsrail, həm də Rusiya vətəndaşı olan bloqqer Aleksandr Lapşin ötən ilin dekabrından Belarusda həbsdə saxlanır. Onun həbsini Azərbaycan hökuməti istəyib, çünki bloqqer Qarabağa Azərbaycanın icazəsi olmadan gedib, bundan başqa, öz səhifəsində bu qanunsuz rejimi tərifləyib, Qarabağı «müstəqil ölkə» adlandırıb. O, üstəlik, Azərbaycan prezidenti İlham Əliyev haqqında tənqidi yazılar yazıb. Azərbaycan hökuməti onu beynəlxalq axtarışa verib və dekabrın 13-də Belarus ərazisində A.Lapşini saxlayıblar.