İranın neft nazirinin müavini Həmid Rza Əraqi bildirib ki, İran Milli Qaz Şirkəti ilə imzalanmış müqaviləyə baxmayaraq, 2017-ci ilin ilk günündən bu ölkə İrana qaz ixracatını dayandırıb. Həmçinin bu səbəbdən İran Türkiyəyə 1,9 milyard $ təzminat ödəyəcək.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, Həmid Rza Əraqi yanvarın 24-də keçirdiyi mətbuat konfransında Türkmənistanla ötən il imzalanmış müqavilə qüvvədən düşdüyü üçün İranın beynəlxalq arbitraj məhkəməsinə şikayət edəcəyini bildirib.
Nazir müavini İran vasitəsilə Türkmənistandan Azərbaycana gündəlik təxminən 6 milyon kubmetr qaz nəqlinin nəzərdə tutulduğunu da xatırladıb.
Türkmən tərəfinin məsələyə şərh vermədiyini vurğulayan Həmid Rza Əraqi bildirib ki, bununla belə, İran Türkmənistanla danışıqlara başlamağa hər zaman hazırdır.
Rəsminin sözlərinə görə, İran qazının Türkiyəyə ixracı 13,3 faiz azalıb və İran bu ölkəyə 1,9 milyard $ təzminat ödəməyə məcburdur.