XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2017 - 16:55

NATO Küveytdə yeni ofisini açdı –Alyans Yaxın Şərqdə möhkəmlənir

A handout picture released by the NATO Media Library on January 24, 2017 shows Kuwaiti First Deputy Prime Minister and Foreign Minister Sheikh Sabah al-Khaled al-Sabah (R) posing for a picture with NATO Secretary General Jens Stoltenberg following their meeting in Kuwait City. / AFP PHOTO / NATO MEDIA LIBRARY / Handout / == RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT "AFP PHOTO/ NATO MEDIA LIBRARY/ HO" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS ==

Yanvarın 24-də NATO baş katibi Yens Stoltenberq Alyansın Yaxın Şərq regionda ilk ofisinin açılış mərasimində çıxış edib. O, Fars körfəzi ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıb.

Strateq.az xəbər verir ki, Küveytdəki açılış mərasimində Y.Stoltenberq bildirib: “Bu, Alyansla körfəzdəki tərəfdaşlar arasında əməkdaşlıq üçün mühüm mərkəz olacaq”.

Tədbirdə Küveyt baş naziri Şeyx Cabir Mübarək əl-Sabah da iştirak edib.

Yeni mərkəz 2004-cü ildə NATO liderləri tərəfindən başladılan və Fars körfəzinin ərəb ölkələri ilə sıx əlaqələri nəzərdə tutan İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) əsasında yaradılıb. Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ICI-nin üzvləridir. Səudiyyə Ərəbistanı və Oman da quruma üzv olmaq niyyətindədir.

Küveytin xarici işlər naziri Şeyx Sabah Xalid əl-Sabah regionda beynəlxalq təşkilatlarla əməkdaşlığı tələb edən ciddi problemlərlə qarşı-qarşıya olduqlarını bildirib.

“Biz terrorizm, silahların qanunsuz yayılması və kiberhücumlar kimi ümumi təhlükələrlə üzləşirik. Biz sülh və sabitlik üçün eyni istəkləri bölüşürük, – deyə Stoltenberq tədbirdə vurğulayıb. – Bizim əvvəlkindən daha sıx əməkdaşlığımız vacibdir. İndi Fars körfəzindəki bütün tərəfdaşlarla fərdi əməkdaşlıq proqramlarını inkişaf etdirmişik”.