XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 11:24

Xələf Xələfov:"Xəzər üzrə növbəti sammitdə dənizin statusu müəyyənləşdirilə bilər"

Xəzər üzrə növbəti sammitdə dənizin hüquqi statusu müəyyənləşdirilə bilər.

Trend-in məlumatına görə, bunu Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun iclasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, Konvensiya layihəsi üzrə böyük iş görülüb:

"Dənizin yekun statusu ilə bağlı bir sıra məsələlər üzrə razılaşmanın əldə olunması üçün səyləri birləşdirmək lazımdır".