XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 13:34

Ziyafət Əsgərov:"Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür"

“Biz həmişə demişik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”.

Bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkünlüyü həmişə Prezident İlham Əliyev tərəfindən deyilir:

“Biz cənab Prezidentin bu mövqeyini həmişə müdafiə etmişik və bu gün də müdafiə edirik. Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. O ki qaldı, Dağlıq Qarabağın statusu məsələsinə, bu, müzakirə obyekti ola bilər. Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə bilər. Amma bu müzakirə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ola bilər”.

Z.Əsgərov bildirib ki, Dağlıq Qarabağın müstəqilliyindən söhbət gedə bilməz:

"Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ əvvəl də Muxtar Vilayət olub. Əgər həqiqətən onlar bu məsələnin həllini istəyirlərsə, biz onlara ancaq ən yüksək status – muxtariyyət statusu verə bilərik. Müstəqillikdən isə söhbət gedə bilməz. Bu məsələ Azərbaycanın əarzi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.