XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 14:49

Ukraynanın sosial siyasət naziriAzərbaycana gələcək

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqi şəraitində aparılan sistem xarakterli islahatlar nəticəsində əldə olunmuş uğurlu təcrübəyə digər ölkələrin aidiyyəti qurumlarının marağı artmaqdadır.

Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənməyə, aparılan islahatlarla bağlı təcrübə mübadiləsinə maraq göstərən ölkələrdən biri də Ukraynadır. Bu məqsədlə Ukraynanın sosial siyasət naziri Andrey Revanın rəhbərlik etdiyi nümayəndə heyətinin cari ilin 26-28 yanvar tarixlərində Bakıya səfəri planlaşdırılır.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyəti üçün ƏƏSMN-nin əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi və avtomatlaşdırılmış pensiya təminatı sistemi ilə bağlı təqdimatlar edilməsi nəzərdə tutulur. Habelə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əmək bazarının və əmək miqrasiyası proseslərinin tənzimlənməsi, məşğulluq və peşə hazırlığı, əməyin mühafizəsi, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və s. məsələlərlə əlaqədar fikir mübadilələri aparılacaq.

Səfər çərçivəsində iki nazirlik arasında əməkdaşlıqla bağlı yeni sənədin imzalanması da gözlənilir.