XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 15:04

“Düşmən beşqat çox itki verməlidir ki…” –Politoloqdan Prezidentin sərəncamına şərh

elxan

"Prezidentin Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması qərarını müsbət qiymətləndirirəm. Kənd sakinlərinin doğma yerlərinə qayıtmaq istəklərini bildirmələri də vacibdir".

Bu sözləri Strateq.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Cocuq Mərcanlı kəndinin sakinləri qayıdış qərarlarıyla illərdir dillərdə dolaşan "şəhərlərdə məskunlaşan qaçqınlar geri qayıtmayacaqlar” fikrinin doğru olmadığını göstərdilər:

"İndi hakimiyyətdən iki məsələnin həlli tələb olunur.

Prezidentin kəndin yenidən qurulması üçün ayırdığı 4 milyon manatdan faydalı şəkildə yararlanmaq lazımdır. Kənd lazımi infrasturkturla yenidən elə yüksək səviyyədə qurulmalıdır ki, erməni separatçılarının nəzarətindəki yerlərlə fərq açıq görünsün və Ermənistandakı, o cümlədən Dağlıq Qarabağ kəndlərində yaşayan ermənilərin beynində "bizim niyə belə şəraitimiz yoxdur” sualı dolaşsın.

Kəndlilərin əkin sahələrindən qazanc əldə etmələri üçün də bütün imkanlar səfərbər olunmalıdır. 

İkinci məsələ Cocuq Mərcanlı kəndinin təhlükəsizliyin gücləndirilməsidir. Doğrudur, Lələtəpə nəzarətimizdədir, ancaq qarşı tərəf başqa təxribata əl ata bilər. Ona görə də Cocuq Mərcanlıya hər hansı mərminin düşməsi halında qarşı tərəf bundan beşqat çox itki verməlidir ki, bir də kəndimizə qarşı təxribat etmək ağlına gəlməsin. 

Bir sözlə ,Cocuq Mərcanlı Dağlıq Qarabağa qayıdışımızın nümunəsi olmalıdır".