XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 17:34

Minsk məhkəməsi bloqerLapşinin şikayətini təmin etməyib

lapisin

Azərbaycanın sorğusu əsasında Minskdə həbs olunmuş bloqer Aleksandr Lapşinin Azərbaycana verilməsi barədə Belarus Baş Prokurorluğunun çıxardığı qərar üzrə apellyasiya şikayətinə baxılıb.

"Sputnik"in verdiyi məlumata görə, Minsk Şəhər Məhkəməsi şikayəti təmin etməyib. Proses qapalı keçirilib, jurnalsitlər ancaq qərarın elan olunduğu hissəyə buraxılıblar.

Məhkəmə Lapşinin Azərbaycana verilməsi haqqında Azərbaycan Baş Prokurorluğunun xahişinin təmin olunmasına dair Belarus baş prokurorunun müavini Stukun 17 yanvar tarixli qərarını qanuni hesab edib, Lapşinin şikayətini təmin etməyib.

Xatırladaq ki, A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

 A.Lapşinin Rusiya və İsrail vətəndaşlığı var.