XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 19:09

ABŞ-ın yeni dövlət katibi “erməni soyqırımı”na münasibət bildirdi:“Ermənistanla Türkiyə arasında açıq dialoqa yardım edəcəyəm"

tillerson

ABŞ dövlət katibliyinə namizəd Reks Tillerson erməni-türk dialoquna və tarixi faktların tanınmasına yardım etməyə söz verib.

Strateq.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, Senatın xarici əlaqələr komitəsində onun namizədliyinə dair dinləmə keçirilib. Dinləmə zamanı Tillerson senator Robert Menendesin qondarma “erməni soyqırımı” haqda sualını cavablandırıb.

“1915-ci ilin faciəvi hadisələri Ermənistanla Türkiyənin münasibətlərində ağrılı məsələ olaraq qalmaqdadır. İki ölkə arasında dinc və sabit münasibətlərin təmin olunması ABŞ-ın marağındadır. Əgər mən dövlət katibi vəzifəsinə təsdiqlənsəm, regionda sabitlik naminə tarixi hadisələrin… tanınmasına və Ermənistanla Türkiyə arasında açıq dialoqa yardım edəcəyəm", – deyə "Exxon Mobil" neft nəhənginin rəhbəri Reks Tillerson bildirib.

“BOYUN QAÇIRMAYACAĞAM”

ABŞ Senatının artıq gələn həftə keçiriləcək plenar iclasında onun dövlət katibliyinə namizədliyinin qəbul edəcəyi gözlənilir.

Birləşmiş Ştatların yeni prezidenti Donald Tramp administrasiyasının başqa bir nümayəndəsi, ölkənin BMT-dəki səfiri Nikki Haley də erməni soyqırımı və erməni-türk münasibətləri ilə bağlı mövqe bildirib.

Ermənipərəst senator Robert Menendes səfirdən “erməni soyqırımı”nın tanınmasına dair BMT qətnaməsini dəstəkləyib-dəstəkləməyəcəyini soruşub: "Dəstəkləməyəcəyiniz halda, düşünmürsünüzmü ki, bu, Amerika dəyərlərinə kölgə salır və belə cinayətlərin təkrarlanmasına yol açır?"

ABŞ-ın BMT-yə yeni təyin olunmuş səfiri suala belə cavab verib: «Mən heç vaxt atdıqları addımlar ABŞ dəyərlərinə zidd olan, insan hüquqlarını və beynəlxalq normaları pozan ölkələri öz adları ilə çağırmaqdan boyun qaçırmayacağam».

ANKARA İLƏ İŞLƏYƏCƏK

ABŞ dövlət katibliyinə namizəd Reks Tillerson həmçinin Türkiyə hökumətinin insan hüquqlarını mütəmadi pozması məsələsinə də toxunub. O vurğulayıb ki, Ərdoğan hökumətinin atdığı bir çox addımlar onu çox narahat edir. Tillerson dövlət katibi vəzifəsinə təsdiqlənəcəyi halda, dini azlıqların hüquqlarının təmin olunması, onların mədəni irsinə hörmətin təşviqi istiqamətində rəsmi Ankara ilə işləməyə söz verib.

“Amerika Erməni Assambleyası senator Menendesin erməni məsələlərinə uzunmüddətli bağlılığını və aparıcı rolunu alqışlayır”, – deyə qurumun icraçı direktoru Brayan Arduni bildirib. "Biz Ermənistanla ABŞ arasında davamlı əlaqələrin daha da gücləndirilməsi, habelə Ermənistan üçün iqtisadi imkanların genişləndirilməsi istiqamətində yeni administrasiya və Konqreslə işləməyi səbirsizliklə gözləyirik", – deyə o, əlavə edib.