Yanvarın 27-də Moskvada Suriyanın siyasi müxalifəti ilə görüş keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 8-də Cenevrə şəhərində keçirilməsi planlaşdırılan Suriya üzrə sülh danışıqlarının təxirə salındığını açıqlayıb.
Strateq.az xəbər verir ki, Sergey Lavrov danışıqların fevral ayının sonunda baş tutacağını deyib. Rusiyalı nazir bunun səbəbi haqqında məlumat verməyib.
Xatırdladaq ki, Cenevrə danışıqlarına 2016-cı ilin aprel ayından start verilib.