XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 10:34

İranlı parlamentari:"İslam dövlətlərinin İsraillə əlaqə yaratması rəzalətdir"

ela-borucerdi

İran İslami Şura Məclisi milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Burucerdi bəzi İslam ölkələrinin İsraillə əlaqələrini gücləndirməsini kədərli fakt kimi səciyyələndirib.

Strateq.az xəbər verir ki, Pakistana səfər çərçivəsində həmkarı Sərdar Üveys Əhməd Xan ilə görüşən Ə.Burucerdi deyib: "Şübhəsiz, Fələstin məsələsi İslam dünyasının ən əhəmiyyətli mövzusudur. Təəssüf ki, bəzi İslam ölkələri İsraillə əlaqələrini gücləndirib, digər tərəfdən, İslam ölkələri ilə əlaqəni kəsirlər".

Ə.Burucerdi bu vəziyyəti rəzalət adlandırıb.