XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 11:35

Ruhanidən Trampa kinayəli sözlər:“Bu gün Berlin divarı ucaltmağın vaxtı deyil”

hasan-ruhani

“Bu gün xalqlar və ölkələr arasında Berlin divarı ucaltmağın vaxtı deyil”. Bunu yanvarın 28-də Tehranda keçirilən mərasimdə İran prezidenti Həsən Ruhani deyib.

Strateq.az İran KİV-lərinə istinadən xəbər verir ki, ABŞ prezidenti D.Trampa ünvanlanan bu sözlərinin ardınca H.Ruhani deyib: “Bu gün mehriban qonşuluq, elmin və mədəniyyətlərin bir-birinə qovuşması çağıdır. Müasir rabitə və yüksək texnologiyalar aramızdakı məsafələri azaldıb. Dövrün çağırışı olan qloballaşma ilə mübarizə aparmaq olmaz. Dövlətlər arasında azad ticari-iqtisadi əlaqələr genişlənməlidir”.