XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 20:57

Polşalı deputat Ermənistan-AzərbaycanSülh Platformasına qoşulub

Polşa Seyminin deputatı, hakim partiya Hüquq və Ədalət Partiyasının üzvü Alisiya Kaçorovska Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Alisiya Kaçorovskanın bununla bağlı yaydığı bəyanatda deyilir:

“2016-cı ilin aprel ayında cəbhə xəttində baş verən toqquşma bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin donmuş münaqişə olmadığını sübüt etdi. Bu fakta dayanaraq Polşa və ümumilikdə Avropa İttifaqı bu münaqişənin həllinə öz dəstəyini əsirgəməməlidir. Bu səbəblə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanıyaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkə rəhbərləri səviyyəsində dəfələrlə qeyd etdiyi kimi mövcud "status-kvo”nun təhlükəli olmasını, qəbuledilməzliyini və qeyri dayanıqlığını nəzərə alaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən 7 rayonunun işğaldan azad edilməsinin uzunmüddətli sülh və münaqişənin mərhələli həlli üçün vacib başlanğıc olduğunu vurğulayaraq, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərəq, mən, Alisiya Kaczorovska bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm”. (APA)