XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 11:11

Donald Trampdan krala zəng:söhbətdə İranı hədəfə aldılar

tramp-salman

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səuda zəng edib.

Strateq.az "SPA" agentliyinə istinadla xəbər verir ki, yanvarın 29-da, axşam saatlarında baş tutmuş telefon danışığında Səudiyyə Ərəbistanı və Amerika liderləri "iki dost ölkə arasında tarixi əlaqələr, iqtisadi əməkdaşlıq, təhlükəsizlik və hərbi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsini, strateji tərəfdaşlıq, habelə regionda və dünyadakı ümumi vəziyyəti müzakirə ediblər.

Terrorizm, ekstremizm və onların maliyyə resurslarına qarşı birgə mübarizə məsələləri də söhbət mövzusu olub.

D.Tramp Səudiyyə Ərəbistanı kralını ABŞ-a dəvət edib.

Bundan başqa, Ağ Ev rəhbəri Suriya və Yəməndə təhlükəsiz zonaların yaradıtmaq niyyətni kral Salmana çatdırıb.

Tərəflər İranın regionda sabitliyin pozulmasına yönələn fəaliyyətini də qeyd ediblər.

D.Tramp kral Salmana Səudiyyə Ərəbistanında həyata keçirilən "Vision 2030" proqramı çərçivəsində iqtisadi əməkdaşlığı gücləndirmənin vacibliyini vurğulayıb.