XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2017 - 11:41

İordaniya kralı ABŞ-da:Trampla görüş baş tutacaqmı?

King Abdullah II Ibn Al Hussein of Jordan attends an official welcome at Government House in Wellington on November 28th, 2016. King Abdullah II ibn Al Hussein is in New Zealand on a four day visit. / AFP PHOTO / Marty Melville

Yanvarın 30-da İordaniya kralı II Abdullahın Vaşinqtona rəsmi səfəri başlayır. Onun ABŞ prezidenti Donald Tramp administrasiyası ilə aparacağı danışıqlarda əsas mövzu İŞİD təhdidinin qaldığı halda, səltənətinin daxili və xarici təhlükəsizliyinin gücləndirilməsi olacaq.

Strateq.az xəbər verir ki, bunu "Reuters"ə açıqlamasında Vaşinqtondakı mənbələr bildiriblər. Onların sözlərinə görə, yeni administrasiya ilə danışıqlar aparmaq üçün ABŞ-a gələn ilk ərəb lideri müdafiə naziri Ceyms Mattis, habelə Konqresdə bir sıra senatorlar və diplomatlarla görüşlər keçirəcək. Lakin D.Trampla təmas hələlik rəsmi təsdiqini tapmayıb.

Vaşinqtondakı mənbə "Reuters"ə bildirib ki, İordaniya kralı İŞİD-in cənub istiqamətində, yəni İordaniya sərhədlərinə doğru irəliləməsinin qarşısını kəsmək üçün ABŞ-dan əlavə resurslar əldə etmək istəyir. Hazırda koalisiya üzvü kimi, onun ölkəsi Suriya və İraqda hava əməliyyatlarına dəstək verir.

Bundan başqa, Obama administrasiyası dönəmində İordaniyada siyasi islahatların tempnin aşağı olmasını əsas gətirərək bu ölkənin daxili işlərinə müdaxilə edilirdi və bu, hakim rejimdə narahatlıq doğururdu. Lakin indi yeni respublikaçı rəhbərliyin bəyanatları kral Abdullahda ümidlər doğurub. 

ABŞ rəsmiləri bildirir ki, İordaniya bölgədə xarici hərbi yardım alan ən böyük alıcılardan biridir. Hazırda İordaniyada ABŞ-ın "Patriot" raketləri inyerləşdirilib və bu ölkədə ABŞ ordusunun yüzlərlə müşaviri var. 2011-ci ildən, yəni Suriya münaqişəsi başlayandan Vaşinqton mürəkkəb sərhəd müdafiə sistemi qurmaq üçün İordaniyada xeyli vəsait xərcləyib.