XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2017 - 12:02

Trampdan daha bir zəng:vəliəhd Şahzadə ilə ümumi razılıq

dubay-shahzade

Bazar günü ABŞ prezidenti Donald Tramp və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl-Nahayan arasında telefon danışığı olub.

Strateq.az "Al-Arabia"ya istinadla xəbər verir ki, hər iki lider ölkələri arasında güclü tərəfdaşlıq münasibətlərini daha təsdiq edib və radikal İslam terrorizmi ilə mübarizədə əməkdaşlığı gücləndirməyə sadiq olduqlarını bildirib.

Telefon söhbətində Yaxın Şərq məsələləri, o cümlədən İŞİD-lə mübarizə, habelə Yəməndə və regionun digər ölkələrində münaqişənin həll etmək üçün birgə səylər müzakirə edilib.

"ABŞ prezidenti regionda münaqişə nəticəsində didərgin düşən məcburi köçkünlər üçün təhlükəsiz zonaları yaradılması ideyasını irəli sürüb və vəliəhd şahzadə ilə bu təşəbbüsü dəstəkləmək barədə razılığa gəlib. Prezident və Vəliəhd qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələri davam etdirmək barədə ümumi fikrə gəliblər",  – deyə "Al-Arabia"nın məlumatında qeyd edilir. 

Xatırladaq ki, D.Trampın həmin gün Səudiyyə Ərəbistanı kralı ilə də telefon danışığı olub.