XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 12:28

YAP Gənclər Birliyinin 268 min üzvü var –Onları hansı prinsip birləşdirir?

yap genc

2017-ci il yanvarın 1-nə olan statistikaya görə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin sayı 268 min 559 nəfərdir.

Strateq.az bildirir ki, bu barədə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov hakim partiyanın saytına müsahibəsində deyib.

O qeyd edib ki, fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üçün dəyişməz prinsiplər mövcuddur. Bunlar, azərbaycançılıq  ideologiyası, mərhum Heydər Əliyevin siyasi ideyalarına sadiqlik, Prezident İlham Əliyevin siyasi xəttinin dəstəklənməsidir.

 S. Orucov YAP-çə gənclərin KİV-də və sosial şəbəkədə fəal olduqlarını bildirib.

O bildirib ki, YAP Gənclər Biliyinin facebook sosial şəbəkəsində “QELEBE” adlı qrupu var. Gün ərzində qrupda paylaşılan  müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır.Eyni zamanda QELEBE qrupu üzvlərinin sayına görə də ön sıralarda dayanır. Gənclər Birliyinin “instagram” səhifəsi də həm izlənmə sayına, həm də aktiv müzakirələrə görə ön sıralarda qərarlaşıb. Belə ki, səhifənin 6300-dən çox izləyicisi vardır.