Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti yanvarın 30-da, axşam Tehrana gələcək.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, Vigen Sarkisyanın rəsmi səfəri iranlı həmkarı general Hüseyn Dehkanın dəvəti baş tutmalıdır.
Səfər çərçivəsində Ermənistanın müdafiə naziri ilə danışıqlarda Suriya böhranı başda olmaq üzrə regional məsələlər, habelə ikitərəfli əlaqələr əsas mövzu olacaq.