XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2017 - 17:49

Putin-Tramp görüşüG-20 Zirvəsi ərəfəsində baş tuta bilər

putin-tramp

Yanvarın 28-də Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra iki lider arasında ilk görüşün nə zaman keçiriləcəyinə dair ilk təxminlər səslənməkdədir. Kreml rəsmiləri görüşün bu ilin iyul ayında G-20 Sammitində ola biləcəyini bildiriblər.

Strateq.az xəbər verir ki, V.Putinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların ləğv edilməməsi müəyyən maneələr yaradır. Lakin iyulun 7-8-də Hamburqda keçiriləcək G-20 zirvəsi ərəfəsində ABŞ və Rusiya liderlərinin görüşü ola bilər.

D.Peskov, həmçinin deyib ki, Hindistanın baş naziri Narendra Modinin iyun ayında Sankt-Peterburq keçiriləcək Beynəlxalq İqtisadi Foruma dəvət edilib.