XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2017 - 17:45

İran səfirliyindən REAL-la bağlı qalmqala reaksiya:“Ərz edəcək bir sözümüz yoxdur, inşallah, hər şey müəyyənləşəcək”

iran sefir

Baş prokurorun göstərişi ilə REAL Hərəkatının İranla əməkdaşlıq etməsi və bunun əvəzində maliyyə alması ilə bağlı ittihamlar əsasında araşdırmalara başlanıb. Qurum üzvləri prokurorluqda dindirilir.

Bu məsələdə adı hallanan İran səfirliyi isə hələki heç bir mövqe bildirməyib. Yanvarın 30-da Azadlıq Radiosu İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ilə danışıb. Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, “hal-hazırda ərz edəcək bir sözlər”i yoxdur, bir məlumat olan kimi rəsmi şəkildə açıqlayacaqlar. “İnşallah, hər şey müəyyənləşəcək”, – deyilib və ardınca saytda yazılanların “əsası olmadığını” əlavə etsələr də, bununla belə səfirliyin vaxtı yetişəndə açıqlama verəcəyini qeyd ediblər.

REAL üzvləri ilə görüşən şəxsin İran səfirliyinin ikinci katibi Mehdi Arifzadə olduğu bildirilir. Azadlıq Radiosu səfirliyin əməkdaşı ilə danışmağa çalışsa da, bu mümkün olmayıb, bütün suallara mətbuat xidmətinin cavab verə biləcəyini deyiblər.