XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 21:38

“İlham Əliyev İrana səfər edəcək” –Azərbaycanın İrandakı səfiri

bunyad-huseyn

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, prezident İlham Əliyevin yaxın vaxtlarda İrana səfər edəcəyini bildirib.

Strateq.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Agentliyin məlumatında deyilir ki, səfir Bünyad Hüseynov yanvarın 30-u, axşam saatlarında İran İslami Şura Məclisi Milli Təhlükəsizlik Komissiyasının başçısı Əlaəddin Burucerdi ilə görüşüb.

Görüşdə İran və Azərbaycan arasındakı dini, mədəni, siyasi və tarixi əlaqələrə toxunan Ə.Burucerdi iki ölkə arasında əlaqələrin əvvəlkindən daha çox inkişaf etdirməsinin vacibliyini vurğulayıb.

Azərbaycanlı səfir söhbət əsnasında Tehrandakı "Plasko" ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar İran xalqı və dövlətinə başsağlığı diləyərək, bu hadisədə həyatını itirənlərin ailələrinə öz üzüntülərini çatdırıb.

Bünyad Hüseynovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin yaxın gələcəkdə İranı ziyarət edəcək.