XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 11:04

“Fox News”un iddiasıBMT Təhlükəsizlik Şurasını hərəkətə gətirdi

iran-raket

Yanvarın 31-də BMT Təhlükəsizlik Şurasının iclas toplaması nəzərdə tutulur. Buna səbəb "Fox News" başda olmaqla bəzi KİV-lərdə İranın ortamənzilli raket sınağı keçirməsinə dair məlumatlar yaymasıdır.

İclasın təşəbbüskarı İsrailin BMT-dəki səfiri Dani Danondur. Məhz onun çağırışından sonra ABŞ nümayəndəsi Təhlükəsizlik Şurasının dərhal toplanmasını tələb edib.

Strateq.az xəbər verir ki, medianın iddialarına görə, ötən bazar günü Tehrandan 225 kilometr uzaqlıqdakı Semnan şəhərində ballistik raket sınağı keçirilib.

Xatırladaq ki, BMT Təhlükəsuzlik Şurasının 2015-ci ildə qəbul edilmiş 2231 nömrəli qətnaməsində bununla bağlı qadağa mövcuddur. İranın nüvə proqramına dair "5+1" sazişi də bu qadağını nəzərdə tutur.