Yanvarın 31-də Suriya prezidenti Bəşər Əsəd münaqişə nəticəsində zərər çəkmiş bir qrup dəməşqli və əyalət sənayeçisini qəbul edib.
Strateq.az SANA dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, B.Əsəd hərbi əməliyyatların davam etdiyi dövrdə Suriya sənayeçilərinin üzləşdiyi çətinliklər və problemlərin həlli yolları haqqında danışıb. Dövlət başçısı itkilər baxmayaraq, fəaliyyətlərini kiçik müəssisələrlə davam etdirtən iş adamlarının ölkə iqtisadiyyatı məhv olmadan xilas etdiyini vurğulayıb.
Xatırladaq ki, son günlərdə Bəşər Əsədin sağlamlığı haqqında bir çox şayiələr dolaşır, onun ağır xəstəlikdən əziyyət çəkdiyi, hətta öz cangüdəni tərəfindən öldürülməsi iddia olunurdu.