XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 13:14

Siyavuş Novruzov:"Hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir"

“Azərbaycanda hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir. Bundan əvvəl ərəb ölkələrində də belə olmuşdu”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bununla bağlı tədbirlərin görülməsini təklif edib:

“Məsələyə diqqət yetirilməli və müəyyən edilməlidir ki, informasiya təhlükəsizliyi ilə bağlı hansı addımlar atmaq olar ki, bunun qarşısı alınsın”.