XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 13:08

Kremlin daha bir vasitəçilik təklifi –İsrail və Fələstin razılıq verib

netanyahu-putin

Rusiyanın xarici işlər naziri Sergey Lavrov baş nazir Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin rəhbəriı Mahmud Abbası dəvət etməklə Moskvada görüş keçirmək təklifini səsləndirib. 

Strateq.az xəbər verir ki, S.Lavrov bunu fevralın 1-də Əbu-Dəbidə keçirilən konfransda bildirib və təklifə müsbət yanaşıldığı üçün hər iki tərəfə minnətdarlığını çatdırıb.

Görüşün tarixi hələlik dəqiqləşməyib.

İsraillilər və fələstinlilər arasında ABŞ-da keçirilən son sülh danışıqları 2014-cü ilin aprelində olub və uğursuzluqla nəticələnib.

"Jerusalem Post"un məlumatına görə, İsrail ilkin şərtlər olmadan danışıqlar aparmağa hazırdır. Hələ ötən ilin sentyabrında Fələstin tərəfi də Rusiyanın vasitəçiliyi ilə Moskva görüşünə razılıq verib.