XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 13:10

Deputatdan Trampın qərarına reaksiya:"Partiyalar olaraq, buna etirazımızı bildirməliyik” 

qudret-hesenquliyev-2

“Azərbaycan ABŞ-ın müxtəlif qurumları, qeyri-hökumət təşkilatları tərəfindən tənqidə məruz qalıb. ABŞ-da bu günlərdə 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a buraxılmaması barədə qərar qəbul edib. Biz, Azərbaycanda siyasi partiyalar olaraq, buna etirazımızı bildirməliyik”. 

Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev söyləyib. 

O bildirib ki, ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərar dünyada islamofobiyaya yol açır: “Azərbaycanda bu il İslam Həmrəyliyi ili elan edilib. ABŞ demokratiyanın müdafiəçisi kimi özünü qələmə verdiyi halda, belə qərar qəbul etməsi utancdır. Etirazımızı bildirməliyik”.

APA