XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2017 - 13:24

Millət vəkili:"Maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı tədbirlər görülməlidir"

Azərbaycanda maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı tədbirlər görülməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bir sıra siyasi partiyalar maliyyə hesabatı vermir:

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edildi ki, siyasi partiyalar maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etsinlər. Lakin bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Həmin partiyaların kifayət qədər cangüdənləri, işçiləri var, ancaq hesabat vermirlər. Qanunvericilikdə elə normalar tətbiq etməliyik ki, bunun qarşısını alaq”.