XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 15:02

ATƏT Parlament Assambleyasının qış sessiyasının vaxtıməlum oldu

Fevralın 23-24-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 16-cı qış sessiyası keçiriləcək.

Hofburq Konqress Mərkəzində keçiriləcək sessiyanın açılışında ATƏT PA-nın Prezidenti Kristine Muttonen və digər rəsmilər çıxış edəcək, müvafiq komitələrdə siyasət və təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit, insan hüquqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq. Sessiyada, həmçinin təhlükəsizliyə qarşı təhdidlərin gücləndiyi müasir dövrdə insanların təməl hüquqlarının müdafiəsinin əhəmiyyətinə həsr olunmuş “Böhranlar dövründə insan haqlarının qorunması” mövzusunda xüsusi debatlar təşkil olunacaq.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin qatılacağı sessiyada ölkəmizi Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək(azərtac).