XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 20:58

“Əhaliyə əziyyət verib, pul qazanırlar” –Deputat Mərkəzi Bankı topa tutdu

araz-elizade

Millət vəkili Araz Əlizadə Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında bank sistemindəki problemlərə toxunub.

Deputatın sözlərinə görə, “Moods” beynəlxalq reytinq agentliyi büdcəni qəbul etdiyimiz gün Azərbaycanın bank reytinqini aşağı salıb:

“Bu gün ölkədə bank sistemi dağılır. Prezident əlindən gələni edir ki, insanların rifahı artsın. Ancaq Mərkəzi Bank və kommersiya bankları daha çox istəyirlər ki, əhaliyə əziyyət verib pul qazansınlar. Mən bu iclas zalında təklif etmişdim ki, banklarla bağlı xüsusi iclas keçirək. Amma bu, mümkün olmadı”.

Qafqazinfo