XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 09:16

Rusiyanın Qarabağla bağlı yeni planı –Şərh

kreml

Rusiya hazırda danışıqlar prosesini bərpa etməklə Dağlıq Qarabağ məsələsini tamamilə öz monopoliyasına keçirmək istəyir.

Bu sözləri millət vəkili Asim Mollazadə deyib.

Moskvanın Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə görüş təklifini şərh edən deputatın sözlərinə görə, artıq İrəvan heç bir söz sahibi deyil:

“Rusiya hazırda danışıqlar prosesini bərpa etməklə Dağlıq Qarabağ məsələsini tamamilə öz monopoliyasına keçirmək istəyir. Rusiya nə desə, Ermənistan onu həyata keçirməlidir. Digər tərəfdən, başı qarşıdan gələn parlament seçkilərinə qarışan Ermənistan isə hazırda gərginliyi artırmaq istəməz. Ancaq Rusiyanın yaxın müddətdə sülh istiqamətində hansısa addımlar atacağını gözləmirəm”.

Qeyd edək ki, Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə rəsmi Bakının razılıq verdiyini açıqlayıb.

Axar.az