XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 11:20

Araz Əlizadədən qalmaqallı açıqlama:“Erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlılar salıb”

araz-elizade

“Ermənistan da öz sərhədləri çərçivəsində BMT-yə üzv olub. Heç kim icazə verməz ki, biz İrəvanı geri alaq. Burada ayrı bir məsələ var. Biz bunu mütləq dərsliklərə salmalıyıq. Uşaqlarımız, gənclərimiz bilsinlər ki, erməni qara yarasını Azərbaycanın bədəninə Osmanlı imperatorluğu salıb. Türkiyə isə Osmanlı imperiyasının cinayətlərinə görə, cavab vermək fikrində deyil.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı, ASDP-nin sədri Araz Əlizadə akademik Yaqub Mahmudovun İrəvanla bağlı təklifini modern.az-a şərh edərkən bildirib.

Deputat deyib ki, Osmanlı imperiyası Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaradıb.

“Biz desək ki, Osmanlının sayəsində  Azərbaycan ərazisində Ermənistan dövləti yaranıb, çıxıb deyəcəklər ki, bunu ingilislər təkid edirdilər. 1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki, Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər. İndi cənab prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək”.

A.Əlizdə Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşanı da tənqid edib: “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.