XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2017 - 21:11

Tramp:“İnsanların ölkəmizə gəlməsini istəyirik, lakin dəyərlərimizə nifrət etməsinlər”

Tramp 33

ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə gələn miqrant və qaçqınların əsasən dini etiqad azadlığına dair Amerika dəyərlərini qəbul etmələri üçün zəmanət sistemi hazırlayacaq. 

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə D.Tramp bildirib.    

“Biz ölkəmizdə zərrə qədər də qeyri-tolerantlığın yayılmasına imkan verməyəcəyik… Yaxın günlərdə yaradacağımız sistem ölkəyə gələnlərin dini azadlıqla bağlı dəyərlərimizi tam qəbul etməsini təmin etməyə kömək edəcək və onlar təzyiq və diskriminasiyanın istənilən formasından imtina edəcəklər”, – deyə Tramp dini liderlərlə ənənəvi birgə səhər yeməyi zamanı bildirib. (APA)

 “Biz insanların ölkəmizə gəlməsini istəyirik, lakin biz onların həm də bizə və dəyərlərimizə nifrət deyil, hörmət etməsini istəyirik”, – deyə Tramp əlavə edib. 

Qeyd edək ki,  D. Tramp ötən həftə  İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 Fərman ölkədə və dünyada geniş etirazlara səbəb olub.