XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 14:29

Avropa Şurasında qaçqınlarla bağlı müzakirə –Umud Mirzəyev Cocuq Mərcanlıdan danışdı (FOTO)

umud-mirzeyev-brussel

Qaçqın və Sığınacaq axtaranlar üzrə Avropa Şurasının (ECRE) növbəti şura iclası keçirilib.

Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan iclasda dünyanın müxtəlif ölkələrini təmsil edən bir çox təşkilatın nümayəndələri iştirak edib.

BAMF-ın mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə,  “Qaçqın və sığınacaq axtaran insanların hüquq və maraqları” mövzusunda təşkil edilmiş tədbirdə Azərbaycanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev təmsil edib.

İclasda çıxış edən BAMF sədri ECRE-nin Avropada baş verən miqrasiya və deportasiya məsələlərinə eləcə də, sığınacaq axtaranlarla bağlı qəbul edilən qərarlara təkcə Avropanın daxili məsələsi kimi baxmamağa çağırıb: "Bu məsələ təkcə Avropanın daxili məsələsi deyil. Avropada bu kimi məsələlərə qapalı şəraitdə deyil, miqrasiyanın baş verdiyi ölkələr kontekstində də baxılmalıdır. Öncə miqrasiya məsələləri ciddi şəkildə öyrənilməlidir və qarşısının alınması üçün ən zəruri tədbirlər görülməlidir."

Azərbaycanın və ümumilikdə, Qafqazın miqrasiya problemləri haqqında danışan U. Mirzəyev qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı çətinliklər yaşadığını bildirib.

O, Azərbaycanda müxtəlif yerlərə və ölkələrə miqrasiya etmiş məcburi köçkünlərlə bağlı ECRE-nin münasibət göstərməsinin zəruriliyini vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzaladığını qeyd edən U.Rəhimoğlu deyib ki, bu sərəncam müxtəlif məkanlarda yaşayan kənd sakinlərini öz yurd-yuvalarına qayıtması üçün böyük dəstəkdir: “Hesab edirəm ki, ECRE bu kimi məsələlərə böyük kontekstdə həssas yanaşmalı və ciddi münasibət bildirməli, beynəlxalq hüququn prinsiplərini daim öndə saxlamalı, sülhü, barışı və ədaləti tərənnüm etdirməlidir”.

U. Mirzəyev bildirib ki, ECRE beynəlxalq ictimaiyyətin qaçqınlarla bağlı məsələlərə daha böyük diqqət göstərməsinə nail olmaq üçün səylərini artırmalıdır.

Daha sonra çıxış edən ECRE-nin Kommunikasiyalar üzrə Baş əlaqələndiricisi Vollads Zahle, təşkilatın direktorunun müavini Leonie Jegen, Hollandiya Qaçqınlar Şurasının həmsədri Annemiek Bots BAMF sədrinin fikirlərini dəstəklədiklərini bildiriblər. Onlar həmçinin, qaçqınlarla bağlı problemlərin geniş işıqlandırılması üçün medianın bu işdə yaxından iştirak etməsinin zəruriliyini vurğulayıblar. 

Tədbirdə BAMF-ın təşəbbüsü ilə yaradılmış, beş dildə fəaliyyət göstərən "Eurasia Diary" informasiya portalının təqdimatı da keçirilib.