Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz prezident Rəcəb Tayyib Ərdoğanın Möskva səfərinə hazırlaşdığını açıqlayıb. Səfirin sözlərinə görə, səfər mart ayının ilk yarısına planlaşdırılır.
Strateq.az xəbər verir ki, Ərdoğan Vladimir Putinlə ikitərəfli münasibətləri müzakirə etmək niyyətindədir.
Rusiya KİV-lərinə açıqlamasında Hüseyn Diriöz bildirib ki, bu, son altı ayda iki lider arasında sayca dördüncü görüş olacaq.