XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2017 - 20:03

Lukaşenko:“Rusiyanın sərhəd nəzarəti haqda qərarı ciddi münaqişə ilə başa çata bilər”

b

Rusiyanın Belarusla sərhəddə sərhəd zonası yaratmaq haqda qərarı ciddi münaqişə ilə başa çata bilər.

Strateq.az Sputnik portalına isnadən xəbər verir ki, bunu respublika prezidenti Aleksandr Lukaşenko deyib.

“Mənə məlumat verildiyi qədər, orada konkret nöqtələrə hansısa bağlanma var. Sual yaranır: bu nədir, Rusiya sərhədlərin demarkasiyasını aparmağa başlayıb? Axı, biz sərhədlərin necə keçəcəyi haqda razılaşmamışdıq. Bu, ciddi münaqişəyə dönüşə bilər. Siz ki, özgə ərazisinin bir hissəsini tuta bilərsiniz. Bu, artıq ciddi münaqişədir, düşünmürəm ki, Rusiya bunu davam etdirəcək”, – deyə, o, qeyd edib.

Belarus prezidenti bəhanəyə uymayacağı və bu cür heç bir tədbir görməyəcəyini vəd edib: “Onlar əmin ola bilərlər ki, Belarusa necə gəlirdilərsə, o cür də gələcəklər. Ola bilsin, onlar öz vətəndaşlarının Belarusda hərəkətini məhdudlaşdırmaq istəyirlər. Lakin cavab tədbiri olmayacaq”.

Onun sözlərinə görə, Belarus iqtisadiyyat, gömrük işi və sərhəd nəzarəti baxımından adekvat cavab verəcək. Lakin Lukaşenko qeyd edib ki, sıravi belaruslar və rusiyalılar bu cür qərarlardan əziyyət çəkməməlidir.

Belarusla RF arasındakı münasibətlər Rusiya FTX-nin respublika ilə sərhəd zonası tətbiq etmək qərarından sonra soyuyub.