XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Fevral 2017 - 13:25

Azərbaycan XİN İsveçin sabiq baş nazirinəçağırış etdi

Karl Bildti müasir həssas dönəmdə Avropanın dini-mədəni bölgüsünü deyil, sivilizasiyalararası və dinlərarası dialoq, multikulturalizmi təşviq etməyə çağırırıq.

Bunu Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, bu gün Avropanın və dünyanın buna daha çox ehtiyacı var: "Onun tərəfindən təqdim olunan başadüşülməz xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə fərqli rəng çalarları ilə müraciət etməsi qanlı etnik təmizləmə və işğal nəticəsində həmin ərazilərdən didərgin salınmış köklü azərbaycanlıların və ümumiyyətlə, Azərbaycan xalqının minilliklər boyu tarixi, maddi-mədəni və dini irsinin inkar olunması deməkdir. Ümid edirik ki, K.Bildt yol verdiyi bu yanlışlığı aradan qaldıracaq".

Qeyd edək ki, İsveçin sabiq baş naziri K.Bildt öz twitter səhifəsində Avropanın dini xəritəsini yerləşdirib, hansı ki, oarada Dağlıq Qarabağ xristian əhalinin yaşadığı ərazi kimi göstərilib.