XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 05:43

İran bu ay “altılıq”la saziş bağlaya bilər

Bir sıra problemli mövzular üzrə nəticələr var

İran “altılıq”la bu ay saziş imzalanmasını mümkün hesab edir.

Xarici KİV yazır ki, İranla “altılıq” (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, çin və Almaniya) bir sıra həlledici məsələlər üzrə cavab tapa bilməyib, lakin martın 29-da nüvə proqramı üzrə saziş əldə edilməsi mümkündür.

İran təmsilçisi Həmid Bayadinecad bildirib: “Qarşıda bizi hələlik həll olunmamış bir çox məsələlər üzrə çətin qərarlar gözləyir. Lakin artıq bir sıra problemli mövzular üzrə nəticələrimiz var. Hazırda müzakirə mərhələsindəyik. Tərəflər qarşılıqlı şəkildə məqbul qərarlar tapmağa çalışır”.

Bayadinecad izah edib ki, hələlik İranla “altılıq” sanksya məsələsi və nüvə sahəsində araşdırmaların davamı barədə razılığa gələ bilməyib.