Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev fevralın 5-də İrana səfər edəcək.
Strateq.az "Fars News"a istinadla xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani məlumat verib.
Onun sözlərinə görə, səfərdə məqsəd Suriya böhranı və münaqişənin çözülməsi üzrə Astana danışıqlarının müzakirəsi və birgə məsləhətləşmələrdir. Bundan başqa, tərəflər bölgədəki cari vəziyyəti və terrorizmə qarşı mübarizə məsələlərini nəzərdən keçirəcəklər.