Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının forumu keçirilib.
Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, forumda BMT-yə və Almaniyaya terrorla mübarizədə fəal mübarizə aparmaq çağırışı edilib.
Tədbirdə bildirilib ki, Azərbaycanın tarixi torpaqları mənfur qonşularımız olan Ermənistan tərəfindən 25 ildir işğal altında saxlanılır, tariximiz saxtalaşdırılır. Türkiyə dövləti hər zaman ölkəmizin haqq işini dəstəkləyib və Azərbaycanın yanında olub. Azərbaycanlılar da terrorla mübarizədə türk xalqının yanındadır.
Forumun yekun bəyannaməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada sülhün qorunması üçün terrora qarşı apardığı mübarizəsinin dəstəkləndiyi vurğulanıb.