XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2017 - 10:30

Politoloq:"Rus bazaları Ermənistanı xilas edə bilməyəcək"

Sarkisyan

KTMT və ərazisində olan rus bazaları Ermənistanı xilas edə bilməyəcək.

Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, artıq Rusiya bir neçə müddətdir, xalq diplomatiyası və Ermənistana təzyiq vasitəsilə regionda nüfuz sahibi olduğunu göstərir:

“Ümumiyyətlə, SSRİ-nin xələfi kimi bütün problemlərin yaranmasında Rusiyanın necə rolu olubsa, eləcə də həll etməlidir. Qərbin tələbi məhz bundan ibarətdir. Sərkisyanın açıqlamasına gəlincə, Ermənistanda bu il seçki ilidir, eyni zamanda, Qarabağ klanının gələcəkdə ölkə rəhbərliyində təmsil olunmamaq ehtimalı var. Məhz buna görə də onlar indi “sülhsevər” kimi erməni elektoratına təsir etməyə və separatçılara verdikləri müstəqillik sözünün artıq onların imkanları xaricində olduğunu göstərməyə çalışırlar”.

Politoloqun sözlərinə görə, artıq sülh prosesinin işartıları var:

“Azərbaycan bu gün azad olunmuş torpaqlara böyük qayıdışa başlayıbsa, bu o deməkdir ki, proses davam edəcək. Hissə-hissə olsa da, torpaqlarımız geri alınacaq. Görünür, Sərkisyan öz partiyasının daxilində bu məsələni razılaşdırdıqdan sonra güzəştə gedəcəklərinə dair bəyanat verib”.

Qeyd edək ki, Ermənistan prezidenti Dağlıq Qarabağ məsələsində güzəştlərə hazır olduğunu, lakin bunun qarşılıqlı formada, təzyiq altında baş verməməli olduğunu deyib.  (Axar.az)